“Sumqayıt”ın tovuzlu müdafiəçisi “Turan Tovuz”la oyunda zədələndi
Azərbaycan Premyer Liqasının lV turunun hazırda davam edən “Sumqayıt” – “Turan Tovuz” oyununda meydan sahibləri ciddi itki ilə üzləşib.
Msport.az xəbər verir ki, təcrübəli müdafiəçi Vurğun Hüseynov zədələnərək görüşü davam etdirə bilməyib.
29-cu dəqiqədə onun əvəzinə meydana Elvin Bədəlov daxil olub.
Qeyd edək ki, Vurğun Hüseynov əslən Tovuzdandır.