featured-image-13551

Aleksey Baqanı istefaya göndərən “Sumqayıt” hələ ki yeni baş məşqçi ilə müqavilə bağlamayıb. Mətbuatda artıq bir neçə mütəxəssisin adı çəkilib.

Msport.az namizədlərlə gedən danışıqlarda bağlı ən son xəbərləri nəzərinizə çatdırır.

Kaxaber Tsxadadze 

media-photo_92513

Gürcüstanlı məşqçi yenidən qayıdıb Azərbaycanda işləmək arzusundadır. O, hətta elə də yüksək olmayan əməkhaqqına “Sumqayıt”a gəlməyin əleyhinə deyil.

Yeri gəlmişkən, Baqa “Sumqayıt”da ayda 5 min dollar maaş alırdı. Belaruslu mütəxəssisin müqaviləsi pozulduğu üçün klub ona 2 aylıq əməkhaqqını (10 min dollar) kompensasiya verib yola salıb. Tsxadadzenin əsas şərtlərindən biri qışda kluba yeni futbolçuların alınması ilə bağlıdır. O, qış “transfer pəncərəsi” üçün indidən büdcə ayrılmasını istəyir. Amma iş orasındadır ki, “Sumqayıt” mövsümdən əvvəl 10 legionerlə müqavilə bağlayıb ki, onlardan biri 20 yaşlı qapıçı İlnur Valievdir ki, onun maaşı elə də yüksək deyil və heyətə düşmür. Digərləri ilə bağlı vəziyyət isə fərqlidir. Birdən-birə 9 futbolçunu qışda göndərmək asan olmayacaq. Onların hamısının mövsümün sonuna kimi müqaviləsi var.

Tsxadadzeni narahat edən əsas məqam da ondan ibarətdir ki, klub prezidenti birdən qışda sözünün üstündə durmaz və yeni transferlərə maliyyə ayrılmaz.

Samir Abasov 

media-688636

Deyilənə görə, vaxtilə “Sumqayıt”da işləmiş Abasov əvvəlcə klub prezidentinin qarşısına böyük şərtlər qoyub. O, hətta Baqadan təxminən 2 dəfədən çox maaş tələb edib. Köməkçilərinin də əməkhaqqısının yüksək olmasını istəyib. Son olaraq “Neftçi”də çalışmış mütəxəssis də transferlərə büdcə ayrılmasını, güclü futbolçuların alınmasını istəyir. Lakin Sumqayıtda anadan olub böyüyən Abasov sonradan bir az güzəştə gedib və daha az maaşa işləməyə razılıq verib.

Yuri Maksimov 

media-1828984f90b5172bb9c08988f2f29b54

Ukraynalı mütəxəssis “report.az”a açıqlamasında “Sumqayıt”la danışıqlar apardığını təsdiqləmişdi. Amma indiki məqamda – müharibə getdiyi dönəmdə Maksimovun Azərbaycana gəlməsi heç də asan məsələ deyil. Bunun üçün xüsusi icazə alınmalıdır. Ümumiyyətlə, Riad Rəfiyev Maksimova Tsxadadze və Abasov alınmasa, 3-cü variant kimi baxır.

Tsxadadze Azərbaycanda son dəfə 2015-ci ildə işləyibsə, Maksimov “Keşlə”dən 4 il əvvəl gedib. Bu baxımdan o, Azərbaycan futbolu haqqında daha real informasiyaya malikdir.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər