featured-image-82812

“Eyüpspor” baş məşqçisi Özhan Pulatla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Pulat “Fənərbağça”ya acınacaqlı məğlubiyyətlə (0:8) nəticələnən oyundan sonra istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İdarə heyəti ilə aparılan müzakirədən sonra onun istefası qəbul olunub.

“Eyüpspor” Pulata klubdakı fəaliyyətinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Bənzər xəbərlər