featured-image-51760

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini davam etdirir.

Azərbaycan Taekvondo Federasiyasından Msport.az-a verilən məlumata görə, 58 kq çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.

Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.

Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq taekvondoçumuzun Paris-2024-də daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan Dağdelenlə sınaq döyüşləri də keçirilir.

Qeyd edək ki, Maqomedov Fransa paytaxtına avqustun 2-də saat 07:00-da yollanacaq.

Bənzər xəbərlər