featured-image-22644

“Neftçi”nin Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ” ilə səfərdə qolsuz bərabərə qalması azarkeşləri hiddətləndirib.

Msport.az xəbər verir ki, onlar sosial şəbəkədə klub rəhbərliyini tənqid edərək Müşahidə Şurasının (MŞ) sədri Rövşən Nəcəfdən kömək umurlar.

“Ağ-qaralar”ın azarkeşləri arasında populyar olan “Neftçi Baku” fan səhifəsi hətta Rövşən Nəcəfi axtardıqlarına dair şeir də həsr edib.

“MŞ rəhbəri bu kluba bir əncam çək. Tarixi klub yavaş-yavaş tarixin yaddaşına köçür. Rege (baş məşqçi Laurensiu Regekampf nəzərdə tutulur – red.) kimi yarıtmazı gətirən də, ona dəstək olan da, bu kluba xəyanət edən satqınlar, rüşvətxorlar və lazımsız məxluqlardır.

Kimə deyək bu dərdi,
Bizi külə döndərdi.
Aləmə salıb haray,
Rövşəni axtarırıq, Rövşəni axtarırıq.

Ayxan

Bənzər xəbərlər