featured-image-30600

“Artıq qərarımı vermişəm, komandada qalıram”.

Msport.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Qəbələdə eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, hər şey rəhbərliyin qərarından asılıdır: “Rəhbərliklə danışacağıq. Saxlayıb-saxlamayacaqlarını bilmirəm. Düzdür, “Turan Tovuz”la oyundan sonra demişdim ki, komandanı Premyer Liqada saxlasam, istefa verəcəyəm. Amma sonradan təzyiqlər oldu, qalası oldum. Qərara aldım ki, burada fəaliyyətimi davam etdirim”.

Qeyd edək ki, Tərlan Əhmədovun “Kəpəz”lə müqaviləsi cari mövsümün sonuna qədər idi.

Bənzər xəbərlər