featured-image-31250

Tərlan Əhmədovun “Kəpəz”dəki gələcək taleyi hələ də məlum deyil. 51 yaşlı mütəxəssis Gəncə klubunu Premyer Liqada saxlasa da, onunla yeni müqavilə imzalanmayıb. Əhmədov postunda qalmaq istədiyini dilə gətirsə də, rəhbərlik susur.

Bir tərəfdən də “Kəpəz” futbolçularını itirə-itirə gedir. Böyük ehtimalla heyətdəki oyunçuların 90 faizi komandanı tərk edəcək.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri də klubdan uzaqlaşdırıla bilər. AFFA -nın yeni mövsüm öncəsində “Kəpəz”ə yeni rəhbər şəxs təyin etməsi mümkündür. Bundan başqa, bir vaxtlar komandaya rəhbərlik etmiş Yaşar Vahabzadə  yenidən “Kəpəz”ə dönə bilər. Lakin onun əvvəlki kimi baş məşqçi postunda yox, idarəedici vəzifələrdən birində təmsil olunması mümkündür.

AYXAN

Bənzər xəbərlər