Tərlan Əhmədovun taleyinə icra başçısı aydınlıq gətirəcək
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun taleyinə yaxın vaxtlarda aydınlıq gələcək.
Msport.az xəbər verir ki, dünən Gəncə klubunun İdarə Heyətinin toplantısı olsa da, yekun qərar qəbul edilməyib. İdarə Heyətinin bir çox üzvləri fevralın 17-də keçirilək “Şamaxı” ilə ev oyununa kimi baş məşqçiyə vaxt verilməsini istəyiblər. Müzakirələrdən sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla məsləhətləşmək qərara alınıb.
Bu gün “Kəpəz”də daha bir toplantının keçirilməsi gözlənilir. Artıq orada Bayramovun da fikirləri səslənəcək.
AYXAN







