Teymur Rəcəbov medal görüşünə çıxmaqdan imtina etdi
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun səhhətində problem yaranıb.
Msport.az xəbər verir ki, tanınmış qrossmeyster bu üzdən Azərbaycan çempionatında mübarizəni dayandırıb.
O, ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Rəcəbov sağlamlığında yaranan problemlə əlaqədar 3-cü yer uğrunda görüşlərdə iştirak etməyəcəyini bildirib və bunun üzürlü hesab edilməsini xahiş edib.