featured-image-26697

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sərvətinin 20 milyon dollara yaxın olması ilə bağlı xəbərə aydınlıq gətirib.

Msport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster “Championat” nəşrinə müsahibəsində “The Chess” jurnalının yaydığı informasiyanın həqiqətə uyğun olmadığını bildirib:

“Bu, sadəcə, pis jurnalist araşdırmasıdır”.

O, pis vərdişlərindən birinin müsahibə vermək olduğunu söyləyib: “Bu, çox vaxt, enerji tələb edir. Bu, zərərli, lakin məcburi vərdişdir”.

Cahid

Bənzər xəbərlər