TFF Montellanı istefaya göndərir
UEFA Millətlər Liqasında 4 oyunun hamısında uduzan Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella istefaya göndərilə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Milliyət” nəşri məlumat yayıb.
DÇ-2026-da qrupdan çıxa bilməyən “ay-ulduzlular” Millətlər Liqasında da bərbad təsir bağışlayıblar. Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu italiyalı mütəxəssislə yolları ayırmağı qərar verib.
Montellanın müqaviləsi Avro-2028-in sonuna qədər nəzərdə tutulub. Qeyd edək ki, onun illik maaşı 2 milyon 200 min avrodur. TFF 52 yaşlı mütəxəssisə 5 aylıq maaşını kompensasiya ödəmək istəyir.







