featured-image-30435

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (1:2) sonra baş verənlər haqqında yazmışdıq. Ağdam klubunun hücumçusu Ramil Şeydayevlə qonaqların müdafiəçisi Todor Todoroski arasında matçdan sonra əməlli-başlı dava düşüb.

Msport.az-ın əldə etdiyi məlumata görə, şimali makedoniyalı oyunçu Azərbaycan futbolçularını yox, Azərbaycan xalqını təhqir edib. Sən demə o, “azərbaycanlılar tupoydurlar” ifadəsini işlədib.  Bunu eşidən Şeydayev Todoroskidən üzr istəməsini istəyib. Lakin “Sumqayıt”ın futbolçusu bundan imtina edib. Bu zaman millimizin üzvü rəqib komandanın paltardəyişmə otağında Todoroskini şillə-təpiyinin altına salıb. Sonradan dəhlizdə davam edən mübahisə zamanı polislər gələrək aranı sakitləşdiriblər.

Qeyd edək ki, hətta hadisənin nədən baş verdiyini öyrənən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Ağdam klubunun hücumçusuna haqq qazandırıb və “yaxşı eləmisən” deyib.

AYXAN 

Bənzər xəbərlər