featured-image-82781

Türkiyə 1-ci Liqasında 8-ci turun oyunları keçirilir.

Msport.az  xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Batman Petrolspor”la qarşılaşıb.

Bursa təmsilçisi səfər matçından 2:1 hesabı ilə qalib ayrılıb.

Toral start heyətdə meydana çıxsa da, 36-cı dəqiqədə əvəzlənib. Millimizin müdafiəçisindən əvvəl daha iki komanda yoldaşı da əvəzlənib. İlk hissədə əvəzlənənlərdən yalnız Halil Akbunar zədə səbəbindən meydanı erkən tərk edib. Toral və hücumçu İvan Saraniçin 36-cı dəqiqədə əvəzlənməsinə səbəb isə onların zəif oynaması olub.

Hazırda “Bursaspor” 19 xalla liderliyini davam etdirir.

Bənzər xəbərlər