“Torpedo”nun baş məşqçisi: “Zirə” cütün favoritidir”
“Zirə” bizimlə dueldə favoritdir”.
Msport.az xəbər verir ki, bunu Gürcüstanın “Torpedo” komandasının baş məşqçisi Dirk Şuster mətbuat konfransında deyib.
58 yaşlı mütəxəssis Sumqayıtda “Zirə”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
“Azərbaycana ilk dəfədir gəlirəm. Rəqibə hörmətlə yanaşıram. Bura gələndə bir az problemlə üzləşdik. “Zirə” cütün favoritidir. Hər şey meydanda həll olunacaq. Meydanda əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Qələbə üçün gücümüzü göstərməyə çalışacağıq”.
Qeyd edək ki, “Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.







