featured-image-82140

Yay transfer dövrünün ən fəal klubu olan  “Trabzonspor” heyətinə daha bir futbolçu cəlb edib.

Msport.az xəbər verir ki, Trabzon təmsilçisi  “Midtyullann”dan (Danimarkan) Frankulino Co transfer edib.

Bu keçid Türkiyə klubuna  17 milyon avroya başa gəlib. Futbolçunun isə illik 2.1 milyon avro maaş alacaq.Tərəflər arasında 4+1 illik müqavilə imzalanıb.

Bununla da “Trabzonspor” tarixinin ən bahalı transferini həyata keçirib.

Qeyd edək ki, Qvineya-Bisau millisinin üzvü “Midtyullann”da 117 matçda 58 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər