featured-image-26489

Türkiyəli idman yazarı Yüksel Aytuğ “Fənərbağça”ya məsləhət verib.

Msport.az-ın məlumatına görə, o, “Sabah” qəzetindəki köşə yazısında klub prezidenti Ali Koça “Qarabağ”ın futbolçusu Abdullah Zubiri almağı tövsiyə edib:

“Zubir kimdir? “Qalatasaray”ın zəlzələdən əziyyət çəkənlər xeyriyyə oyunu keçirdiyi “Qarabağ”ın 10 nömrəsi. “10 nömrə” təkcə əynindəki formanı nəzərdə tutmur. Har halı ilə 10 nömrəli futbolçudur. Təkbaşına driblinqləri ilə “Qalatasaray”ın müdafiəsini çətin vəziyyətə saldı. “Fənərbağça” Ali Koçun başçılığı altında onlarla hücum oyunçusu sınayıb. Gələn və gedənin sayı-hesabı yoxdur.  Halbuki “Fənər”in dərmanı yanımızdadır. Transfer dövründə “Fənərbağça”nın ən önəmli hədəfi Zubir olmalıdır. Onun adını buraya yazıram”!

Qeyd edək ki, “Qarabağ” Bakı Olimpiya Stadionunda keçirilmiş xeyriyyə oyununda “Qalatasaray”a 1:2 hesabı ilə uduzub. Ağdam klubunun yeganə qolunun ötürməsini məhz Abdullah Zubir edib.

Cahid

Bənzər xəbərlər