featured-image-31536

“Növbəti mövsümdə də orada oynasam, mənim üçün maraqlı olacaq. Çünki liqa çox rəqabətlidir və mənim xoşuma gəlir”.

Msport.az saytının məlumatına görə, bunu “Turan Tovuz”un Cənubi Afrika Respublikasından olan futbolçusu Siyanda Xulu ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı müdafiəçi ötən mövsümün özü üçün uğurlu alındığını bildirib: “Ölkə çempionatında daim oynadığım üçün yığmaya dəvət aldım. Ötən ilin fevralında İsrail klubu ilə müqaviləmi pozduqdan sonra iyul ayına qədər başqa komandaya keçməyə icazə vermədilər, bu da məni çox məyus etdi. Azərbaycan Premyer Liqasına sırf oynamaq istədiyim üçün qoşuldum. Təəccüblüdür ki, yaxşı çempionat gördüm. Düzünü desəm, orada qalmaq istərdim, amma başqa yerlərdən də maraq var. Görək, necə olacaq”.

Mövsümün sonunda “Turan Tovuz”la müqaviləsi başa çatan afrikalı oyunçu klubla danışıqları davam etdirdiyini gizlətməyib: “Daim əlaqədəyik. Amma burada əsas məsələlərdən biri ən doğru və yaxşı seçimi etməkdir. Azərbaycandakı çıxışımdan həzz alıram və əminəm ki, oyunlarımı izləyən hər kəs bu fikirlə razılaşar. Yeni komanda olsaq da, mövsümü 6-cı pillədə bitirdik. Sezonun ikinci hissəsində yaxşı çıxış edən azsaylı oyunçulardan biri mən oldum. Bu həm də mənim ylğmadakı çıxışlarımla bağlıdır. Çünki beynəlxalq oyunlardakı formanız komandanıza həqiqətən kömək edir. Azərbaycan çempionatında hər il avrokuboklarda oynayan “Qarabağ” və “Neftçi” kimi komandalar var”.

Bənzər xəbərlər