"Turan Tovuz" "Zirə"dən ayrılan futbolçunu heyətinə qatdı
“Zirə”dən ayrılan futbolçu Slavik Alxasov “Turan Tovuz”a keçib.
Msport.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisi məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə 1 illik rəsmi müqavilə bağlanılıb.
Qeyd edək ki, Slavik Alxasov karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.







