featured-image-37144

Misli Premyer Liqasının VI turunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşmanı izləmək istəyənlər bu gündən etibarən biletləri əldə edə bilərlər.

Azarkeşlər stadionun kassasından bilet almaq imkanına malikdilər. Qiymətlər isə 2 manat təşkil edir. Həmçinin məhdud sayda 5 manatlıq VİP biletlər də satışa çıxarılıb.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

Bənzər xəbərlər