featured-image-22635

“Turan Tovuz” – “Kəpəz” oyunu üçün bilet satışı davam edir.

Msport.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq, bilet satışına maraq böyükdür.

Bilet satışının pik nöqtəsinin isə oyuna 2, 3 saat qalmış olması gözlənilir. Bu gün də simvolik bilet alaraq qiymətindən qat-qat çox ianə edənlər olub. Belə ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış, “Turan Tovuz”un keçmiş futbolçusu İlqar Zeynallının adını açıqlanmasını istəməyən bir dostu 1 bilet alaraq 200 AZN ianə edib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda yerləşən meydançalardan biri məhz şəhid İlqar Zeynallının adını daşıyır.

Bənzər xəbərlər