“Turan Tovuz”un bombardiri komandada qaldı
“Turan Tovuz” daha bir futbolçusunu heyətində saxlayıb.
Klubdan Msport.az-a verilən məlumata görə, komanda Oto Conla yeni müqavilə imzalayıb.
Razılıq növbəti 1 il üçün nəzərdə tutulub.
Nigeriyalı hücumçu 2023/24-cü illər mövsümündə 10 qolla tovuzluların ən sərrast futbolçusu olub.