featured-image-50058

ABŞ-də təşkil olunan Amerika Kubokunun qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

Msport.az xəbər verir ki, C qrupunda iki matç baş tutub.

Meydan sahibləri məğlubiyyətlə üzləşib. “Turan Tovuz”un müdafiəçisi Roderik Millerin çıxış etdiyi Panama seçməsi ABŞ-a qalib gəlib – 2:1. Miller bu görüşdə sonadək meydanda olub.

Qrupun digər qarşılaşmasında Uruqvay Boliviyanın qapısında beş cavabsız top keçirib.

Uruqvay 6 xalla liderdir. ABŞ və Panamanın 3 xalı var. Hər iki oyunda uduzan Boliviyanın xalı yoxdur.

Qeyd edək ki, Amerika Kuboku iyunun 30-da başa çatacaq.

Bənzər xəbərlər