featured-image-50482

Panama millisinin və “Turan Tovuz”un futbolçusu Roderik Miller zədəsini sağaldıb.

Msport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Kristiansen açıqlama verib.

Onun sözlərinə görə, 32 yaşlı müdafiəçi iki gündür komanda ilə məşqlərdə iştirak edir. Baş məşqçi Millerin Amerika Kubokunun 1/4 final mərhələsində bu gecə Kolumbiya ilə keçiriləcək matça start heyətində çıxmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Roderik Miller zədə səbəbindən qrup mərhələsində Boliviya ilə görüşü buraxıb.

Bənzər xəbərlər