Türkiyə Avstriyaya, Niderland Rumıniyaya qarşı
Almaniyada keçirilən Avropa çempionatında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Msport.az xəbər verir ki, baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki “Alyans Arena”da keçiriləcək.
Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki “Red Bull Arena”da reallaşacaq.
AVRO-2024
1/8 final
2 iyul
20:00. Rumıniya – Niderland
Baş hakim: Feliks Şvayer (Almaniya).
Münhen, “Alyans Arena”.
23:00. Avstriya – Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Leyptsiq, “Red Bull Arena”.