featured-image-26317

Türkiyə millisinin baş məşqçisi Stefan Kunts “Qalatasaray”ın futbolçusu Abdulkerim Bardakçının Bakıda “Qarabağ”a qarşı yoldaşlıq oyununda meydana çıxmasına təəccüblənib.

Msport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə Xorvatiya ilə AVRO-2024-ün seçmə mərhələ matçından öncə keçirilən mətbuat konfransında danışıb.

O, bildirib ki, 29 yaşlı müdafiəçi yığmanın düşərgəsinə gəlsəydi, daha yaxşı olardı: “Təlim-məşq toplanışı üçün 4 gün əvvəl bir araya gəldik. Abdulkerim bunun 3 gününü xəstəxanada keçirdi. Nevrologiya şöbəsinin həkimi bizə hesabat göndərdi və dedi ki, futbolçuya istirahət və iki həftəlik müalicə lazımdır. Bu cür aydın raportlar alanda ekspertlərə etibar etməlisən. Biz oyunçularımızı heç bir halda riskə ata bilmərik. Açığı, onun “Qarabağ”la matçda oynamasına təəccübləndim. Oynamağa hazır idisə, millinin düşərgəsinə gəlməsi daha yaxşı olardı”.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər