Türkiyə xalsız qaldı, İspaniya 43 oyundan sonra uduzdu
UEFA Millətlər Liqasının qrup mərhələsində 6-cı tura start verilib.
Msport.az xəbər verir ki, Türkiyə millisi səfərdə Fransa ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “ay-ulduzlular” 6 oyunun hamısında məğlub olub və 1-ci qrupu sonuncu pillədə başa vurub.
Son dünya çempionu İspaniya 43 oyunluq məğlubiyyətsiz seriyadan sonra İngiltərəyə uduzub.
Belçika İtaliyanı məğlub edib. Nəticədə İspaniya, İngiltərə və Portuqaliyanın ardından Fransa da 1/4 finala yüksəlib. Belçika isə pley-off-a vəsiqəni təmin edib.
15 noyabr
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
A Liqası
1-ci qrup
Fransa – Türkiyə – 2:1
Qollar: Emilhan Topçu, 49-avtoqol, Eli Junior Krupi, 80 – Abdülkerim Bardakcı, 90
Belçika – İtaliya – 4:1
Qollar: Maksim De Kuyper, 15, Natan Nqoy, 22, Jeremi Doku, 26, Dieqo Moreyra, 80 – Françesko Pio Espozito, 11
3-cü qrup
Xorvatiya – Çexiya – 2:1
Qollar: İvan Perişiç, 2, Lovro Mayer, 87 – Adam Hlojek, 84
İspaniya – İngiltərə – 2:3
Qollar: Mikel Oyarsabal, 65-pen. Niko Uilyams, 75 – Harri Keyn, 45-pen. Ezri Konsa, 53, Ben Vayt, 57
C Liqası
1-ci qrup
Finlandiya – San Marino – 7:2
Qollar: Adrian Svanbak, 8, 20, 78, Leo Valta, 17, Joel Pohyanpalo, 36, 42, Daniel Hakans, 70 – Nikola Nanni, 26-pen. 76
Belarus – Albaniya – 0:2
Qollar: Rey Manay, 28, Elseid Hisay, 57
2-ci qrup
18:00. Latviya – Ermənistan – 0:0
18:00. Kipr – Monteneqro – 1:4
Qollar: İoannis Pittas, 52-pen. – Milutin Osmayiç, 5, Milan Vukotiç, 58, Nikola Krstoviç, 67, 83







