featured-image-11348

Türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim etdiyinə görə üzr istəyib.

Msport.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

media-1

Xatırladaq ki, Gürcan Bilgiç “Fənərbağça”nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, “Qarabağ” Ermənistan komandası deyilmi” söyləyib. Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib.

Bilgiç “Qarabağ”ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.

Bənzər xəbərlər