U-21-in Cəbəllütariqlə oyun üçün heyəti açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.
Msport.az xəbər verir ki, bu gün Bakıda toplaşacaq U-21 noyabrın 12-dən 17-dək İspaniyanın Malaqa şəhərində təlim-məşq toplanışı keçəcək.
Komandamız noybarın 18-də səfərdə Cəbəllütariq millisi ilə qarşılaşacaq.
U-21-in heyətini nəzərinizə çatdırırıq:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Rəvan Mirzəmmədov | Sabah |
| 2 | Rəvan Kazımov | Şəfa |
| 3 | Səlim Həşimov | Şamaxı |
| 4 | Emin Rüstəmov | Səbail |
| 5 | Elgün Dünyamalıyev | Cəbrayıl |
| 6 | Raul Məmmədov | Kəpəz |
| 7 | İbrahim Ramazanov | Turan Tovuz |
| 8 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 9 | Fəxri Məmmədli | Səbail |
| 10 | Eşqin Əhmədov | Qəbələ |
| 11 | Sənan Muradlı | Şamaxı |
| 12 | Okan Təhmazlı | Zaqatala |
| 13 | Elcan Əbilov | Kəpəz |
| 14 | Nuğay Rəşidov | Qəbələ |
| 15 | Murad Məmmədov | Neftçi |
| 16 | Nihad Əhmədzadə | Sumqayıt |
| 17 | Emil Süleymanov | Şamaxı |
| 18 | Oruc Məmmədov | Şamaxı |
| 19 | Şahin Şahniyarov | Qəbələ |
| 20 | Edqar Adilxanov | Şamaxı |
| 21 | Elmar Məmmədov | MOİK |
| 22 | Ağadadaş Salyanskiy | Neftçi |
| 23 | Nahid Əliyev | Şəfa |
| 24 | Sadiq Şəfiyev | Kəpəz |







