featured-image-60763

AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupları üzrə liqalarda baş verən neqativ hallar da hüquqi qiymətini tapıb.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

AFFA U-13 Liqasında keçirilməli olan “Troya” – “Lamasya Baku” matçı meydan sahiblərinin heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Troya” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-16 Liqasında keçirilməli olan “Səbail” – “Mübariz” FA görüşü isə qonaq komandanın heyətində yetərsay olmadığına görə baş tutmayıb. “Mübariz” FA bu səbəbdən 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Bənzər xəbərlər