featured-image-22974

UEFA Konfrans Liqasının sosial şəbəkə hesabları “Qarabağ”ın futbolçusu Ramil Şeydayevlə bağlı paylaşım edib.

Msport.az-ın məlumatına görə, postda 27 yaşlı hücumçunun bu mövsüm bütün turnirlərdə vurduğu qollar və etdiyi məhsuldar ötürmələr yer alıb.

16 dəfə rəqib qapılarına yol tapan təcrübəli forvard həm də 5 assist müəllifidir.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”i ilə qarşılaşacaq. İlk oyun fevralın 16-da Bakıda, cavab matçı isə 1 həftə sonra Gentdə olacaq.

media-331297475_849597792804668_7268275316769088824_n

Bənzər xəbərlər