featured-image-82830

UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna (BOS) ilkin baxış keçirilib.

Msport.az xəbər verir ki, “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa qədər bütün işlərin yekunlaşması gözlənilir.

Arenaya ilkin baxış olub. UEFA-nın bu mərhələ üçün tələbləri istiqamətində iş gedir. Bütün görülən işlər stadionun təyin edilən vaxta kimi tam hazır olmasına hesablanıb. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını BOS-da keçirəcək. “Bayquşlar” oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasını qəbul edəcək.

Bənzər xəbərlər