UEFA "Pünik"i cəzalandıracaqmı?
UEFA Konfrans Liqasının qrup mərhələsinin hazırda davam edən “Pünik” – “Slovan Bratislava” oyununda meydan sahibləri təxribat yaradıblar.
Msport.az xəbər verir ki, Yerevanda keçirilən matçda “Pünik”in 2-ci qolunu vuran nigeriyalı Yusuf Otubanyo formasının altında yazdırdığı siyasi şüarı göstərib. “Stand with Armenia” (Ermənistanın yanında olun) yazısı canlı yayımda aşkar şəkildə görünüb.
UEFA bayrağı altında bu cür siyasi şüarlar qadağandır. Buna görə, “Pünik”in və Otubanyonun cəzalanacağı gözlənilir.