featured-image-23145

UEFA “Qarabağ”dan kimi fərqləndi?

UEFA “Qarabağ”ın Bakıda Belçika “Gent”i ilə oynayacağı Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı öncəsi sorğu keçirib.

Msport.az xəbər verir ki, turnirdə iştirakını davam etdirən müxtəlif komandaların müdafiəçilərini paylaşan Avropa futbol qurumu siyahıya Ağdam təmsilçisinin arxa xətt oyunçusu Bədavi Hüseynovu da əlavə edib.

Paylaşımın üzərində isə bu sözlər yazılıb: “Hansı müdafiəçini seçərdiniz”?

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

media-1

 

Bənzər xəbərlər