UEFA "Qarabağ"ın 3 futbolçusunu siyahıdan "sildi"
UEFA “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Msport.az xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən siyahıda 3 futbolçunun adı yer almayıb.
Bunlar qapıçı Ayhan Arazlı, müdafiəçi Toral Bayramov və hücumçu Musa Qurbanlıdır.
Klubdan verilən məlumata görə, bu, texniki səhvdir və yaxın saatlarda aradan qaldırılacaq.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.







