UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı
“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.
Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir.
“Sabah” əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada “Partizan”a uduzub – 4:5. “Neftçi” isə Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə yenilib.