featured-image-30431

“Səbail” Azərbaycan Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”la səfər oyununda (2:2) tərbiyəsizliyi ilə diqqət mərkəzinə düşən Qoba Zakpa ilə bağlı açıqlama yayıb.

Msport.az xəbər verir ki, klub futbolçunun düzgün hərəkət etmədiyini, onun cəzalandırılacağını demək əvəzinə, hücumçunun hərəkətinə don geyindirib.

“Dənizçilər”in mətbuat xidmətinin yaydığı açıqlama deyilir: “O həmin vaxt uğursuz oturan alt paltarını düzəldib. Daha sonra növbəti komanda yoldaşından təbriki qəbul edib. Həmin zaman alt paltarında problem aşkarlanıb. Bunu özü də dedi. Qətiyyətlə bildirdi ki, bu cür qeyri-etik hərəkət etməz. Bu hadisə baş verəndə aydın şəkildə görünür ki, Qoba Zakpa üzünü nə azarkeşlərə, nə də rəqibə tərəf yönəldib”.

Vallah, “Səbail”in bəyanatı Zakpanın hərəkətindən də betər oldu. Belə səhvi bu cür malalamağa çalışmaq,  ört-basdır etmək ayıbdan da ayıbdır.

Belə getsə, dünya futbol ictimaiyyəti uğursuz oturan alt paltarını necə düzəltmək yollarını “Səbail” klubundan öyrənməli olacaq. Başda klubbun sponsoru “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, icraçı direktor Fərəc Əliyev, baş məşqçi Şahin Diniyev oturub o kadrlara bir də diqqətlə baxsınlar, görsünlər elə alt paltarı düzəldirlərmi? Və onların qarşısında kimsə alt paltarını bu cür düzəltsə, xoşlarına gələr?

AYXAN   

Bənzər xəbərlər