featured-image-30054

Taekvondo üzrə Ukrayna milli komandası Bakıda keçiriləcək dünya çempionatına qatılmayacaq.

Msport.az-ın məlumatına görə, bu barədə yerli federasiyanın vitse-prezidenti Sergey Vasilçenko açıqlama verib.

O, bu addını Rusiya və Belarus idmançılarının yarışa buraxılması ilə bağlı olduğunu bildirib: “Artıq orada ruslar və belarusların çıxış edəcəyi elan olunub. Bu səbəbdən biz dünya çempionatına getmirik”.

Qeyd edək ki, mundial mayın 29-dan iyunun 6-dək keçiriləcək.

Bənzər xəbərlər