featured-image-76362

Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko DÇ-2026-nın seçmə mərhələsinin İsveçlə pley-off oyunundan (1:3) sonra komandasını kəskin tənqid edib.

Msport.az xəbər verir ki, “Everton”un müdafiəçisi yığmanın çıxışını biabırçılıq adlandırıb:

“Emosiyalarım yəqin ki, oyuna baxan digər ukraynalıların hamısı kimidir. Gəldim ki, bu biabırçılığa sona qədər baxan insanlara təşəkkür edim. Üzr istəmək istədim.

Əgər İslandiya ilə oyunla müqayisə etsək, pley-offa vəsiqə qazanmaq üçün necə döyüşürdük, bütün Ukrayna bizə azarkeşlik edirdi. Meydanda isə vahid komanda var idi. Bu dəfə bu yox idi. Bunun səbəblərini izah edə bilmirəm. Ola bilsin ki, bizim günümüz deyildi. Sadəcə ayıbdır ki, çıxıb necə “dişsiz” oynadıq”.

Bənzər xəbərlər