Ukrayna yığmasına döyüş bölgəsindən gətirilən bayraq təqdim olunub
Ukrayna milli komandasına ön cəbhədən gətirilmiş dövlət bayrağı təqdim olunub. Bayraq Uelslə DÇ-2022-yə vəsiqə verən oyundan əvvəl paltardəyişmə otağında asılacaq.
Msport.az “Sky Sports”a istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Aleksandr Petrakov bu haqda məlumat verib:
“Bizim komandanın üzvlərinə çox diləklər, mesajlar var idi. Şəxsən mənə heç kim yazmayıb, amma uşaqlara oyundan öncə fikirlərini çatdıranlar az deyildi.
Bizim prezident Vladimir Zelenski ön cəbhəyə getmişdi, o, ordan Ukrayna bayrağını gətirib. Əsgərlər onun üzərində öz arzularını yazıblar və biz bayrağı paltardəyişmə otağından asacağıq”.
Qeyd edək ki, Ukrayna bu gün Bakı vaxtı ilə saat 20:00-da Uelslə üz-üzə gələcək.
“