Ulduz futbolçu Bakıya gəlməyəcək - Ağır zədə aldı
AVRO-2024-ün seçmə mərhələ oyununda Azərbaycan millisinin qonağı olacaq Belçika yığması Bakıya ciddi itki ilə gələcək.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın qapıçısı Tibo Kurtua zədə səbəbindən oyunu buraxacaq.
31 yaşlı qolkiper bu gün İspaniya “Real”ının məşqi zamanı ağır zədə alıb.
Tibbi müayinədən sonra Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğu aşkarlanıb. Onun yaxın günlərdə əməliyyat olunacağı və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika üç gün sonra Estoniyanı qəbul edəcək.