featured-image-16557

“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərovun Msport.az saytına müsahibəsi

– Son turda “Zirə”ni çətinliklə məğlub etdiniz. Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
– Matçın ağır keçəcəyini bilirdik. Azarkeşlərin olmaması oyunun daha da sönük alınmasına səbəb oldu. Amma sevindirici haldır ki, son dəqiqələrdə qol vurub vacib qələbə qazandıq.

– Görüşün bitməsinə az qalmış meydanın mərkəzindən əl zərbə ilə baxımlı qol vurdunuz. Həmin anı necə şərh edərdiniz?
– Oyunun gedişində rəqib qapıçının bəzi anlarda önə çıxdığını görürdüm. Qol epizodunda da sanki bunu hiss etdim və ani qərar verdim.

– Oyundan sonra klubun sosial şəbəkə hesabında sizin məşhur “Coker” filminin baş qəhramanı obrazında fotonuz paylaşıldı…
– Əlbəttə, belə şeylər xoşdur. Amma bu, mənim işimdir. Daim qollar vurub komandama kömək etmək istəyirəm.

– Çox vaxt meydana əvəzetmədən daxil olursunuz. Necə düşünürsünüz, daim start heyətdə oynasanız, komandaya çox xeyir verərsiniz, yoxsa indiki halda daha faydalı olursunuz?
– Futbolçu oynadıqca inkşaf edir. Mən də əsas heyətdə oynamaq istəyirəm ki, daha cox “artırım”.

– Bir vaxtlar “Fənərbağça”da Semih Şəntürk adlı hücumçu var idi. Nə zaman ehtiyatdan meydana çıxsa, qol vururdu. Hətta Artur Zikonun baş məşqçiliyi dövründə bombardir də olmuşdu. Ona “Növbətçi qolçu” ləqəbi qoymuşdular. Bu amilə əsasən, sizi Semihlə müqayisə etmək olarmı?
– Semih Şəntürk Türkiyənin tanınmış, adlı-sanlı futbolçularınan olub. Əlbəttə, ona bənzədilməyim xoşdur.

– Sırf bu keyfiyyətinizə görə komanda daxilində hər hansı ləqəbiniz varmı?
– Xeyr (gülür).

– Oyundan sonra Elmar Baxşıyev sizi çox təriflədi. Amma onu da qeyd etdi ki, öz üzərində daha çox işləməlidir…
– Razıyam, inkşaf etmək üçün daim öz üzərində çalışmalısan.

Bənzər xəbərlər