“Ümid edirəm ki, klub rəhbərliyi də mənimlə fəxr edəcək” – MÜSAHİBƏ
“NTD-Indigo”nun basketbolçusu Qriffin Remmi klubun mətbuat xidmətinin suallarını cavablandırıb.
Msport.az həmin müsahibəni təqdim edir.
– “Xəzri” ilə oyuna hazırlıq necə gedir?
– Addım-addım irəliləyirik. Optimal formaya düşməyə çalışırıq. Bu vaxt aparan bir prosesdir. Çempionatın başlamasından çox keçmədi. Hər gün və hər oyunla artırmalıyıq. Ümid edirəm ki, bu oyunda qələbə qazanacağıq. Hazırlığa diqqət etməli və qarşıdakı matç haqqında düşünməliyik.
– “Xəzri” çempionatın favoritləri sırasındadır. Matçlarını izləyə bildinizmi?
– “Xəzri” çox istedadlı komandadır. Onların tərkibində güclü legionerlər və yerli oyunçular var. həmçinin “Xəzər”in güclü məşqçisi var və bizə qarşı əla oyun plan hazırlayacaq. Bu oyun bizim üçün böyük bir çağırışdır. Amma məqsəd eynidir – gələbə qazanmaq. Hər oyunda qalib gəlmək istəyirik.
– “NTD-Indigo” Xaçmazda iki oyun keçirib. Arenada atmosferi bəyənirsiniz?
– Xaçmaz bizi ruhlandıran yerdir. Azarkeşlər bizi dəstəkləyir. “NTD-Indigo”ya keçəndə Xaçmazda oynayacağımızı bilmirdim. Ancaq indi orada əla vaxt keçiririk. Xaçmazda oynamaq çox xoşdur. Hesab edirəm ki, Xaçmazdakı oyunlar rəqiblərimiz üçün ciddi sınaq olacaq.
– Liqanın oyunlarını izləyə bildinizmi və səviyyəni necə qiymətləndirərdiz?
– Açığı, bir çox liqa oyunlarını izləyə bilmədim. Mövsüm başlamazdan əvvəl klublara qarşı yoldaşlıq oyunları keçirdik. Səviyyə olduqca yaxşıdır. Liqada güclü basketbolçular oynayır. Amma Azərbaycan Liqası hələ gəncdir. Düşünürəm ki, hər şey qabaqdadır.
– “NTD-Indigo”ya keçidiniz barədə danışın?
– Karyeramın çox hissəsini Avropada keçirmişəm. Yeni bir çağırış axtarışında idim. Agentim mənə belə bir variant təklif etdi. Azərbaycan basketbolu haqqında çox məlumatım yox idi. Amma indi bilirəm ki,” NTD-Indigo”nun zəngin tarixi var. Burada olmaqdan qürur duyuram. Ümid edirəm ki, azarkeşlər və klub rəhbərliyi də mənimlə fəxr edəcək.