"Utziq kənardan problemli görünə bilər" - "Qəbələ"nin baş məşqçisi
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Rafael Utziqdən razı qaldığını bildirib.
Msport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis braziliyalı hücumçunun həvəssiz olmadığını deyib:
“Kənardan problemli görünə bilər. Amma son 3 oyunda iki qol vurub. Yəqin qol vurmaqda bir az problemi var. Utziqdən narazılığım yoxdur”.
“Qəbələ”nin baş məşqçisi Yaovi Akakponun hələ tam hazır olmadığını vurğulayıb: “Yaovini keçən tur da meydana buraxa bilərdim. Sadəcə olaraq tam hazır deyildi. Məşqlərdə ondan günü-gündən müsbət siqnallar görürük. Əsas heyət üzvüdür. Qarşıdakı matçlarda onun üzərində dayanayacam”.
AYXAN







