Vadji "Sent Etyen"də debüt etdi - Komandasına penalti qazandırdı
“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji “Sent Etyen”in heyətində debüt edib.
Msport.az xəbər verir ki, Fransa Liqa-2-də “Sent Etyen” səfərdə “Pau” ilə qarşılaşıb. Seneqallı hücumçu 66-cı dəqiqədə Krassonun əvəzinə meydana daxil olub. Bundan 2 dəqiqə əvvəl qonaqlar azlıqda qalıb. 68-ci dəqiqədə isə “Pau”nun futbolçusu Henri Saivet dubl edərək komandasını hesabda önə keçirib.
84-cü dəqiqədə hakim Vadjiyə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edib. Pintor oyunda son nöqtəni qoyub – 2:2.
7 oyundan sonra 4 xal toplayan “Sent Etyen” 20 komanda arasında 19-cu yeri tutur.