featured-image-9376

“Lukoyl” şirkətinin sabiq prezidenti, “Spartak”ın sahibi əslən azərbaycanlı Vahid Ələkbərov Moskva klubunun rəhbərliyinə ermənini gətirmək istəyir.

Msport.az championat.com-a istinadən xəbər verir kİ, Ələkbərov Rusiya Premyer Liqasının sabiq sədri Aşot Xaçaturyansı Moskva klubunun prezdenti postunda görməyi planlaşdırır.

Bir müddət əvvəl məşhur iş adamı Leonid Fedun “Spartak”ın rəhbəri kimi fəaliyyətini başa vuracağını açıqlayıb.

Xatırladaq ki, Xaçaturyans 2021-ci ilin payızında Rusiya Premyer Liqasının sədri vəzifəsini icra edirdi. Həmin ilin noyabrında o, artıq rəsmən həmin vəzifəyə təyin olunmuşdu.

Fedun 18 il “Spartak”ın prezidenti olub.

Bənzər xəbərlər