featured-image-2948

Niderlandın “Valveyk” klubu “Qroningen”lə Erediviziya oyununu 10 yaşlı ağır xəstəliyi olan qızın hazırladığı formada keçirib.

Msport.az xəbər verir ki, Lianna Koskamp ağır xəstəliyi olan uşaqlar üçün nəzərdə tutulan “Villa Pardos” pansionatında müalicə alıb. Futbolkanın tam mərkəzində məhz “Villa Pardos”un adı yazılıb.

Liannada anadangəlmə ürək xəstəliyi var. İndi o, əlil arabası ilə hərəkət edir, məktəbə gedə bilmir və idmanla məşğul olmasına da icazə verilmir. Liannanın rəsmini bir neçə əl işinin içindən seçiblər. Futbolkanın arxasında vaxtilə həmin pansionatda müalicə almış 11 ağır xəstəliyi olan uşağın adı yazılıb.

“Valveyk” klubunun əsas məqsədi 2001-ci ildə istifadəyə verilən “Villa Pardos” pansionatına diqqət çəkməkdir. “Villa Pardos”a il ərzində təxminən 600 ailə gəlir. Pansionat ianələr və könüllülərin hesabına fəaliyyət göstərir.

“Qroningen”lə oyundan öncə “Valveyk” futbolçuları pansionata gələrək yeni formanı təqdim ediblər və xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüblər.

media-pansi-6media-pansi-4

media-pansimedia-pansi-5

media-pansi-1media-pansi-3

Bənzər xəbərlər