Vernidub ilk qələbəsini çətinliklə qazandı
Azərbaycan Premyer Liqasında 16-cı tur davam edir.
Msport.az xəbər verir ki, bu gün ki görüş keçiriləcək.
Əvvəlcə “Neftçii” səfərdə “Karvan-Yevlax”ın qonağı olub. “Ağ-qaralar” oyunun sonlarında vurulan penalti qolu ilə səfərdən çətin qələbə ilə dönüblər – 2:1.
Bu, “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun ilk qələbəsi olub.
“Zirə” öz meydanında “İmişli”ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrənin oyunu heç -heçə.başa çatmışdı – 1:1.
20 dekabr (şənbə)
14:00. “Karvan-Yevlax” – “Neftçi” – 1:2
Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Yevlax şəhər stadionu
16:30. “Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Zirə İdman Kompleksinin stadionu
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”
19 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz” – 0:2







