featured-image-76178

“Qalatasaray”ın futbolçusu Viktor Osimhenin qolu sınıb.

Msport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

27 yaşlı hücumçu İngiltərədə “Liverpul”a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.

Nigeriyalı forvardın qoluna gips qoyulub. Əməliyyatla bağlı qərar yaxın günlərdə veriləcək. Bundan əlavə, “sarı-qırmızılar”ın digər oyunçusu Noa Lanqın sağ barmağında ciddi kəsik aşkarlanıb. O, Liverpul şəhərində əməliyyat olunmalıdır.

Qeyd edək ki, Osimhen birinci hissənin sonunda, N.Lanq isə 80-ci dəqiqədə əvəzlənib. Türkiyədə “Liverpul”a 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bənzər xəbərlər