Vinisius “Arsenal”a keçməyə yaxın olub
“Real”ın futbolçuları Vinisius Juniorun ötən yay “Arsenal”a keçidini gözlənilən hesab ediblər.
Msport.az xəbər verir ki, Madrid klubunun soyunub-geyinmə otağında braziliyalının komanda yoldaşları ilə münasibətləri yaxşı olsa da, onun komandadan ayrılacağını düşünürdülər.
Vinisius hazırda əvvəlki formasında deyil və “Arsenal”a keçidi strateji addım kimi qiymətləndirilir. İngiltərə Premyer Liqasının braziliyalını əsas ulduzlarından biri kimi təqdim etməsi, onun Erlinq Halandla rəqabətinin isə çempionatın əsas qarşıdurmalarından birinə çevrilməsi gözlənilirdi.
Vinisius cari mövsümdə bütün turnirlərdə 8 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.







