Virts “Liverpul”un “qara siyahı”sında
“Liverpul”da çıxış edən hücumameyilli yarımmüdafiəçi Florian Virts yaxınlaşan qış transfer pəncərəsində klubdan ayrıla bilər.
Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə bağlı göndəriləcək transfer təkliflərini dəyərləndirməyə müsbət yanaşır.
Futbolçunun özü isə İngiltərədə çox qalmaq niyyətində deyil və yenidən vətəninə qayıdaraq Münhen “Bavariya”sının formasını geyinmək niyyətindədir. Almaniya nəhəngi oyunçunun ətrafındakı vəziyyəti yaxından təqib edir və qışda ingilislərlə rəsmi danışıqlar masasına əyləşməyə hazırlaşır.
“Liverpul” rəhbərliyi qış fasiləsində əsas heyət üzvünü asanlıqla əldən buraxmaq istəməsə də, oyunçunun gediş istəyi və gələcək sərfəli maliyyə təklifləri transferin reallaşma ehtimalını artırır.







